İlber Ortaylının dəfninə gül göndərməyin! – Ailəsi diqqət çəkdi
Dünya
Xəbər verdiyimiz kimi, Türkiyənin aparıcı tarixçilərindən biri olmuş professor İlber Ortaylı vəfat edib. Dərin tarixi bilikləri, kəskin təhlilləri və cəlbedici hekayələri ilə geniş auditoriyaya çatan Ortaylı, təkcə akademik dünyada deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrində tarixi şüurun inkişafına mühüm töhfələr verib.
News24.az xəbər verir ki, professor Dr. İlber Ortaylının dəfn mərasimi 16 mart 2026-cı il, bazar ertəsi günü Qalatasaray Universitetində keçiriləcək. Cənazə namazından sonra İlber Ortaylının cənazəsi Fatih məscidinin qəbiristanlığında torpağa tapşırılacaq.
Bununla yanaşı, Ortaylı ailəsi tərəfindən dərc edilən başsağlığı elanı diqqət çəkib. Belə ki, elanda dəfn mərasiminə gül göndərilməməsi xahiş olunub. Qeyd olunub ki, gül göndərmək istəyənlər Türkiyə Təhsil Fonduna ianə edə bilərlər. (Unikal)