İldırımla selfi çəkdirmək istədilər, - öldülər

İldırımla selfi çəkdirmək istədilər, - öldülər Dünya
Hindistanda selfi çəkdirən 11 nəfər ildirim vurması nəticəsində ölüb. 

News24.az xəbər verir, hadisə bazar günü Caypur şəhərində məşhur turistik məkan olan 12-ci əsr Amer Fort gözətçi qülləsində yağış altında şəkil çəkdirən zaman baş verib.

Həmin an qüllədə 27 nəfər olub.

Sağ qalan şəxslər ildırım vuran zaman özlərini qüllədən yerə ata biliblər.