İlk kommersiya raket buraxılışı uğursuz oldu

İlk kommersiya raket buraxılışı uğursuz oldu Dünya

Cənubi Koreyanın Hanbit-Nano adlı ilk kommersiya kosmik raketi sınaq zamanı qəzaya uğrayıb.

News24.az xəbər verir ki, raket Braziliyadakı Alkantara Kosmik Mərkəzindən buraxıldıqdan təxminən 30 saniyə sonra partlayıb.

Buraxılış canlı yayımlanıb və raketin havada alovlandığı anlar kameraya düşüb. Raketin istehsalçısı olan "Innospace" şirkəti qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb. Ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, bu sınaq uğurlu olsaydı, Cənubi Koreyada özəl şirkət tərəfindən həyata keçirilən ilk kosmik buraxılış olacaqdı.