İlk “Oskar”ını qazandı
Dünya
Hollivudda keçirilən 16-cı “Governors Awards” gecəsində 63 yaşlı Tom Kruz karyerasında ilk dəfə "Oskar" mükafatına layiq görülüb.
News24.az-ın məlumatına görə, mükafatı ona məşhur rejissor Aleksandro Qonsales İnyarritu təqdim edib. Səhnədə çıxış edən Kruz kinoya olan sevgisini ifadə edib və gənc istedadları dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Tom Kruz bundan əvvəl üç dəfə aktyor, bir dəfə isə prodüser kimi "Oskar"a namizəd olsa da qalib gəlməmişdi.