Yer kürəsi yararsız hala düşəcək - İlon Mask açıqladı
Dünya
Amerikalı iş adamı İlon Mask Günəşin indiki genişlənmə sürətinə görə Yer kürəsinin 500 milyon il ərzində yaşamaq üçün yararsız hala düşəcəyi barədə fikir bildirib.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, "X" sosial şəbəkəsində istifadəçilərdən biri Günəşin beş milyard ildən sonra partlayacağını deyib və Marsın bəşəriyyətin həyatı qorumaq üçün ən yaxşı variant hesab edib.
Mask bu şərhə cavab olaraq, Yer kürəsi 500 milyon ildən sonra yaşayış üçün yararsız olacağını bildirib.
Qeyd edək ki, sentyabrın əvvəlində Mask bildirib ki, "Space X" iki il ərzində Marsa beş ekipajsız "Starship" kosmik missiyasını göndərməyi planlaşdırır. Qırmızı planetə ilk ekipajlı kosmik gəminin uçuşunun vaxtı ekipajsız missiyaların necə getməsindən asılıdır. Sahibkarın fikrincə, uğurlu olarsa, insanlar dörd ildən sonra Marsa gedəcəklər.
Ağa Dadaşzadə