İlon Maskdan şok təklif
Dünya
İlon Mask iqlim dəyişikliyinə qarşı Günəş işığını peyklərlə azaltmaq ideyasını təqdim edib.
News24.az-ın məlumatına görə, Mask bu məqsədlə süni intellekt idarəli minlərlə kiçik peykin Yer ətrafı orbitdə süni qalxan yaradacağını bildirib.
Mask deyib ki, peyklər Günəşdən çatacaq işıq miqdarını tənzimləyəcək və beləliklə, qlobal temperatur artımını yavaşlatmaq mümkün ola bilər. Eyni zamanda o, artıq çox işığın kəsilməsinin dünyanı “buz topuna” çevirə biləcəyini etiraf edib.
Alimlər və iqlim ekspertləri təklifə ciddi etiraz edirlər. Onlar bildirirlər ki, belə “göy mühəndisliyi” layihələrinin proqnozlaşdırılması çətin, təhlükəli, ekosistemlərə və milyonlarla insana xələl gətirə bilər.
Xalq arasında fikir ayrılığı da mövcuddur. Bəziləri ideyanı xilas yolu hesab edir, bəziləri isə real təhlükə və etik problemlərdən danışır.
Layihənin texniki detalları, səhv hallarda reaksiyalar və beynəlxalq hüquqi çərçivə hələ məlum deyil. Ekspertlər əvvəlcə risklərin tam qiymətləndirilməsini və qlobal konsensusun formalaşmasını vacib sayırlar