Şimali Koreya elə bir silah nümayiş etdirdi ki…
Dünya
Kim Çen In KXDR-nin ilk atom sualtı qayığını nümayiş etdirib.
News24.az xəbər verir ki, qayığın ölçüləri ABŞ-nin atom sualtı qayıqları ilə müqayisə olunur.
Qeyd edək ki, hazırda atom sualtı qayıqlarına yalnız altı ölkə malikdir: ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Hindistan.
Lakin mütəxəssislər nümayiş etdirilən gəminin həqiqiliyinə dair şübhələrini ifadə ediblər.
Ekspertlərin sözlərinə görə, sualtı qayığın gövdəsi həddindən artıq hamar görünür, üzərində qaynaq izləri müşahidə olunmur, burun hissəsinin forması isə qəribə təsir bağışlayır.
Hərbi analitiklər ehtimal edirlər ki, bu, real döyüşə hazır atom sualtı qayığı deyil, sadəcə maket ola bilər.