İmamoğlunun məhkəməsi başlayır - 2352 il həbs
Dünya
Türkiyədə İstanbulun sabiq meri Ekrem İmamoğlu ilə bağlı məhkəmə prosesi başlayıb.
News24.az xəbər verir ki, İmamoğlu korrupsiya, çirkli pulların yuyulması, cinayətkar təşkilat yaratmaq, həmçinin dələduzluq və sübutların gizlədilməsi kimi ittihamlarla şübhəli bilinir.
Noyabr ayında İstanbul Baş Prokurorluğu Ekrem İmamoğlunun 2352 ilədək həbs cəzasına məhkum edilməsini tələb edib.
İstintaqın versiyasına görə, İmamoğlunun köməyi ilə Türkiyədə terror təşkilatı kimi tanınan PKK üzvləri İstanbul şəhər idarəetmə sistemində vəzifələr əldə edə biliblər.