İmamoğlunun məhkəməsində insident

İmamoğlunun məhkəməsində insident Dünya

İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan korrupsiya istintaqının bir hissəsi olaraq Əkrəm İmamoğlu da daxil olmaqla 402 təqsirləndirilən şəxs bu gün ilk dəfə hakim qarşısına çıxıb.

News24.az xəbər verir ki, məhkəmə iclasının əvvəlində İmamoğlunun vəkili onun salamlama nitqi ilə çıxış etməsinə icazə verilməsini istəyib. Lakin iclasa sədrlik edən hakim bu tələbi rədd edərək bildirib ki, belə bir prosedur yoxdur və buna qanunla icazə verilmir.

İmamoğlunun çıxış etmək cəhdi zamanı mikrofonunun söndürüldüyü və tərəflər arasında qısa mübahisə yarandığı bildirilir. Hakim İmamoğluna xəbərdarlıq edərək qaydaları pozacağı halda məhkəmə zalından çıxarıla biləcəyini deyib.

Qeyd edək ki, 402 təqsirləndirilən şəxsin iştirak etdiyi məhkəmə prosesinin həftədə dörd gün keçirilməsi və təxminən bir ay yarım davam etməsi gözlənilir.