İndoneziyada 11 nəfərin olduğu təyyarə itkin düşdü

İndoneziyada 11 nəfərin olduğu təyyarə itkin düşdü Dünya

İndoneziyada göyərtəsində 11 nəfərin olduğu “Indonesia Air Transport” şirkətinə məxsus təyyarə ilə əlaqə itib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təyyarə Yoqyakarta əyalətindən havaya qalxaraq Cənubi Sulavesinin paytaxtı Makassara doğru hərəkət edirmiş. Əlaqə məhz bu marşrut zamanı kəsilib.

Göyərtədə səkkiz ekipaj üzvü və üç sərnişin olub.

Axtarış-xilasetmə əməliyyatına ordu və polis qüvvələri də daxil olmaqla təxminən 400 nəfər cəlb edilib. Lakin əlverişsiz hava şəraiti işləri çətinləşdirir.

Təyyarənin İndoneziyanın Dəniz İşləri və Balıqçılıq Nazirliyi tərəfindən icarəyə götürüldüyü açıqlanıb.