İndoneziyada fəlakət: Ölənlərin sayı 442-yə çatdı
Dünya
İndoneziyanın Sumatra adasında güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub.
News24.az xəbər verir ki, rəsmi məlumatlara görə, ölənlərin sayı 442 nəfərə çatıb.
İndoneziya Beynəlxalq Fəlakət İdarəetmə Agentliyinin (BNPB) açıqlamasına görə, 400-dən çox itkin şəxs üçün axtarış-xilasetmə işləri davam edir. Yaralıların sayı isə 646 nəfərə çatıb.
Meteorologiya və İqlim Agentliyi xəbərdarlıq edərək, güclü yağışların bir neçə gün daha davam edəcəyini bildirib.