"Onlar Ərdoğanın uduzması üçün..." - İngilis yazardan ŞOK SÖZLƏR
Dünya
“The Economist” Ərdoğana qarşı açıq nifrət sərgiləməyə davam edir. Son buraxılışında iddia edir ki, bu il keçiriləcək ən mühüm seçki Türkiyədəki prezident seçkiləridir və təkcə Türkiyənin deyil, həm də demokratiyanın gələcəyi onun nəticələrdən asılı olacaq.
News24.az xəbər verir ki, bunu ingilis yazar David Hearst “Middle East Eye” saytındakı “Avropa niyə Ərdoğanın uduzmasını istəyir?” adlı məqaləsində bildirib.
“Bunu demək axmaqlıqdır. Türkiyə hələ də azad seçkilərin keçirilə biləcəyi ölkədir. “The Economist” niyə qat-qat betər olan liderlərin adını ümumiyyətlə çəkmir? Məsələn: Misir prezidenti Əbdülfəttah əs-Sisi, jurnalisti öldürən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman. Niyə bunlardan heç bəhs etməyib? Britaniya jurnalı nifrət qusarkən, yalnız deyil”, - yazar qeyd edib.
Onun sözlərinə görə, Almaniyanın “Der Spiegel” jurnalı da eyni şeyi edib: “Jurnalın son üz qabığında Ərdoğan çatlamış taxtda oturmuş, İslamın simvolu olan aypara isə dağılmış formada təsvir edilib. Jurnal Netanyahunu sınıq bir yəhudi taxtına oturtsaydı və arxa fonunda Davud Ulduzunu parçalanmış formada təsvir etsəydi, necə bir qarışıqlığın yaranacağını təsəvvür edə bilərsinizmi? Fransanın “Le Point” nəşri də oxşar örtüklər hazırlayıb. Avropa Ərdoğanın uduzması üçün dua edir. Əgər bu qədər liberal və demokratiya tərəfdarısınızsa, qoy türklər özləri qərar versinlər”.
Turan