İngiltərədə evsizlərin sayı 382 mini keçdi

İngiltərədə evsizlərin sayı 382 mini keçdi Dünya

İngiltərədə evsizlik son bir ildə 8 faiz artaraq 382.618 nəfərə çatıb.

News24.az xəbər verir ki, xeyriyyə təşkilatı "Shelter"in hökumət məlumatlarına əsaslanan hesabatına görə, bu insanların 175 mindən çoxu uşaqlardır.

Hesabatda İngiltərədə hər 153 nəfərdən birinin evsiz olduğu, 350 mindən çox insanın – əsasən uşaqlı ailələrin müvəqqəti sığınacaqlarda yaşadığı bildirilib. Bu göstərici indiyə qədər qeydə alınan ən yüksək rəqəm kimi qeyd olunur.

Londonda vəziyyət daha kritikdir, bəzi bölgələrdə hər 18 nəfərdən biri evsizdir. Ölkə üzrə hər gecə küçədə qalanların sayı isə 4 667 nəfərə çatıb ki, bu da ötən illə müqayisədə 20 faiz artım deməkdir.