İngiltərədə güclü qrip dalğası - Bu virus sürətlə yayılır
Dünya
İngiltərədə H3N2 tipli virusa yoluxma halları sürətlə artır.
News24.az xəbər verir ki, mütəxəssislər bu qış mövsümünün son illərin ən ağır qrip dövrü ola biləcəyi barədə xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, hazırda yoluxma göstəriciləri ötən ilə nisbətən daha yüksəkdir və dekabr-yanvar aylarında vəziyyətin pisləşəcəyi gözlənilir.
H3N2 virusunun xüsusilə yaşlı və xroniki xəstəlikləri olan şəxslər üçün daha təhlükəli olduğu qeyd olunur. Yüksək hərarət, öskürək, boğaz və əzələ ağrıları, iştahasızlıq kimi simptomlar müşahidə edilir. Həkimlər 65 yaşdan yuxarı insanlar və risk qrupundakılara mütləq qrip peyvəndi etdirməyi tövsiyə edir.
Virusun əsasən qapalı və izdihamlı yerlərdə, xüsusilə ictimai nəqliyyatda daha sürətlə yayıldığı bildirilir. Qripin qarşısını almaq üçün şəxsi gigiyenaya diqqət etmək və insanların sıx toplaşdığı məkanlardan uzaq durmaq tövsiyə olunur.