"iPhone 17" xüsusi nəzarətdə – "Apple" Hindistana xəbərdarlıq etdi
Dünya
“Apple” Hindistan pərakəndəçilərinə Rusiyaya ixraca görə cərimə və tədarükləri dayandırmaqla hədə-qorxu gəlib.
News24.az xəbər verir ki, bu barədə “Business Standard” məlumat yayıb.
Mənbə yazır ki, “Apple” Hindistandakı mağazaları xəbərdar edib: əgər satılan cihaz ilk 90 gün ərzində xarici SIM-kartla aktivləşdirilərsə, mağazaya ciddi sanksiyalar tətbiq olunacaq. Bura böyük məbləğdə cərimədən tutmuş “mağaza kodunun” bloklanmasına qədər daxildir.
Xüsusi nəzarət isə “iPhone 17” modellərinə yönəldilib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bir sıra iri şirkətlər Rusiyadakı bazarlarını bağlayıb. İddialara görə, Rusiya bir neçə ölkənin köməyilə müəyyən sanksiyalardan yayınmağa müvəffəq olub, həmçinin bəzi məhsulları əldə etmək imkanı qazanıb.