İran 2 ay internetsiz qalacaq

İran 2 ay internetsiz qalacaq Dünya

İranda internetin iki ay bağlı olacağı gözlənilir.

News24.az xəbər verir ki, bu barədə İran hökümətinin sözçüsü Fatimə Mühacirani açıqlama verib.

Məlumata görə, Tehran internet məhdudiyyətini ən azı 20 mart tarixinə qədər uzatmaq niyyətindədir.

"Net Blocks" monitorinq qrupu hazırkı internet kəsilməsinin 2019-cu ildəki eyni kəsilmədən daha uzun müddət, yəni 180 saatdan çox davam etdiyin açıqlayıb.

Qeyd olunub ki, hələlik rabitənin qismən və ya regional bərpası həyata keçirilməyib.