İran ali liderini seçir
Dünya
İranın Ekspertlər Məclisi yeni ali lideri seçmək üçün son səsvermə keçirir.
News24.az xəbər verir ki, təhlükəsizlik səbəbi ilə səsvermə məsafədən keçirilir. Mənbələr son mərhələlərin başladığını və yeni liderin tezliklə elan edilə biləcəyini bildirir.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İranın ali dini lideri Əli Xamenei başda olmaqla, çox sayda yüksək vəzifəli məmur və general ölüb.