İran BƏƏ sahillərində gəmini qaçırdı

İran BƏƏ sahillərində gəmini qaçırdı Dünya

Bu gün Britaniyanın Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində bir gəminin İran tərəfindən ələ keçirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, rəsmi məlumatda hadisənin Fuceyrə limanından təxminən 38 dəniz mili şimal-şərqdə baş verdiyi bildirilib.

Gəminin təhlükəsizlik üzrə məsul şəxsi bildirib ki, gəmi lövbərdə olarkən naməlum şəxslər tərəfindən ələ keçirilib və hazırda İranın ərazi sularına doğru hərəkət etdiyi ehtimal olunur.

Qurum hazırda hadisə ilə bağlı araşdırmanı davam etdirir. /Azad İran/