İran bu ölkələrdən təzminat tələb edir

İran bu ölkələrdən təzminat tələb edir Dünya

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyanın müharibə zamanı İrana dəyən ziyana görə kompensasiya ödəməli olduğunu bildirib.

News24.az xəbər verir ki, məktubda sözügedən beş ölkənin öz ərazilərindən İrana qarşı hücum üçün istifadəyə icazə verməyə son qoymalı olduğu qeyd edilib.

İran səfiri onların qanunsuz addımları ilə İrana qarşı beynəlxalq öhdəliklərini pozduğunu və buna görə beynəlxalq məsuliyyət daşıdıqlarını vurğulayıb.

İrəvani məktubda bildirib ki, bu ölkələr İrana dəyən bütün maddi və mənəvi ziyana görə təzminat ödəməlidir.

Eyni zamanda qeyd olunub ki, İran Təhlükəsizlik Şurasına ABŞ və İsrailin İrana hücum etmək üçün adı çəkilən dövlətlərin ərazilərindən istifadə etdiyini göstərən dəlillər təqdim edib. /BBC