İran buna görə vurulub - Netanyahu açıqladı
Dünya
İsrailin baş naziri Benyamin Netanyahu "Fox News" kanalına verdiyi müsahibədə İranla bağlı sərt açıqlamalar səsləndirib.
News24.az xəbər verir ki, o, İsrailin mövqeyini müdafiə edib.
“Biz burada pis adamlarla mübarizə aparırıq, biz yaxşı adamlarıq. Bu insanlar öz xalqlarını qırırlar”, - deyə o bildirib.
Netanyahu İran rejiminin ideoloji ritorikasına diqqət çəkərək deyib:
“Təsəvvür edin ki, "Amerikaya ölüm" şüarı səsləndirən bu insanlar istənilən Amerika şəhərinə ata biləcəkləri ballistik raketlərə və nüvə başlıqlarına sahib olsaydılar nə edə bilərdilər”.
Baş nazir İranın potensial nüvə imkanları fonunda gözləmə mövqeyinin riskli olduğunu iddia edib və qabaqlayıcı tədbirlərin zəruriliyini vurğulayaraq əlavə edib.