İran bütün dünyadan bunu tələb etdi

İran bütün dünyadan bunu tələb etdi Dünya

İran bəşəriyyət üçün ən böyük təhlükə olduğu dünyadakı bütün nüvə silah ehtiyatlarının məhv edilməsini tələb edir.

News24.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“İran bütün bəşəriyyət üçün ən böyük texnogen təhlükə olan bütün nüvə silahlarının məhv edilməsini tələb edir. Nüvə silahlarının tamamilə ləğvi Xirosima və Naqasaki kimi faciələrin təkrarlanmasının qarşısını almaq üçün yeganə təsirli və etibarlı yoldur”, - deyə nazir qeyd edib. 

Mehriban Mirzəzadə