İran etirazlar zamanı minlərlə insanın öldürüldüyünü təsdiqlədi
Dünya
İranda baş verən kütləvi etiraz aksiyalarında minlərlə insan öldürülüb.
News24.az xəbər verir ki, bu barədə İranın ali dini lideri Əli Xamenei "X" hesabında paylaşım edib.
O bildirib ki, aksiyalar zamanı 250 məscid, 250-dən çox təhsil və elm mərkəzi vandallığa məruz qalıb.
Xameneyinin sözlərinə görə, etirazlarda "bir neçə min insan" qətlə yetirilib. O, qətllərin ABŞ və İsrail tərəfindən həyata keçirildiyini iddia edib.