İran geri çəkilməyəcək - Pezeşkian
Dünya
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə İran arasında uzun illər davam edən "nə müharibə, nə sülh" vəziyyətinə son qoyulmasının vacibliyini bəyan edib.
News24.az-ın məlumatına görə, Pezeşkian bildirib ki, mərhum ali rəhbər Əli Xamenei dəfələrlə şəxsi görüşlərdə bu vəziyyətin aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, İran danışıqlara ölkənin şərəfi, müdrikliyi və ləyaqəti prinsipləri əsasında qoşulur.
Prezident əlavə edib ki, İranın diplomatik qurumları ölkənin və xalqın hüquqlarından geri çəkilməyəcək və milli maraqları qorumağa davam edəcək.
İran Xarici İşlər Nazirliyi də Tehranın vasitəçilərdən ABŞ ilə gərginliyin azaldılmasına yönəlmiş təkliflər aldığını və diplomatik həll yoluna sadiq qaldığını açıqlayıb. ABŞ və İranın son günlər qarşılıqlı hücumları fonunda bölgədə gərginlik davam edir./İRNA/