İran Hörmüz boğazında onlarla mina yerləşdirdi

İran Hörmüz boğazında onlarla mina yerləşdirdi Dünya

İran Hörmüz boğazında onlarla mina yerləşdirib.

News24.az-ın xəbərinə görə, ABŞ və İsrailin 12 gün əvvəl başlatdığı müharibə səbəbindən İran sahilləri boyunca yerləşən bu strateji keçid vasitəsilə neft və LNG ixracı faktiki olaraq dayanıb.

Bu vəziyyət dünya enerji qiymətlərinin kəskin artmasına səbəb olub.

Mənbələrdən biri deyib ki, yerləşdirilən minaların əksəriyyətinin dəqiq yerləri məlumdur, lakin ABŞ-ın onlarla necə mübarizə aparacağı barədə məlumat verilməyib. (Reuters)