İran Hörmüz boğazındakı gəmiləri geri qaytarır
Dünya
İran atəşkəs rejiminin pozulması bəyanatından sonra Hörmüz boğazından keçməyə çalışan bütün gəmiləri geri qaytarır.
News24.az xəbər verir ki, İran qaydaları sərtləşdirir və gündəlik təxminən 10 gəminin keçidinə icazə verməyi planlaşdırır.
Gəmilər keçid üçün əvvəlcədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə razılaşma əldə etməli və hər barel neft üçün təxminən 1 dollar rüsum ödəməlidir.
Ödənişin kriptovalyuta və ya yuanla edilməsi mümkündür.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, əgər İran Hörmüz boğazından azad keçidi təmin etməsə, ABŞ atəşkəs şərtlərinin öz üzərinə düşən hissəsinə əməl etməyəcək. /Wall Street Journal