İran İsrail gəmilərinin Hörmüz boğazından keçidini qadağan edir
Dünya
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi millət vəkillərinin İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini birdəfəlik qadağan edən qanun layihəsini nəzərdən keçirdiklərini açıqlayıb.
News24.az xəbər verir ki, bu təşəbbüs İsrailə gedən bütün gəmilərə qadağa qoyulmasını təklif edir. Qanun layihəsi həm də düşmən sayılan və ya İranın təhlükəsizliyinə qarşı fəaliyyət göstərən dövlətlərlə əməkdaşlıq edən ölkələrdən gələn gəmilərə qadağa qoyulmasını tələb edir.
Əzizi əlavə edib ki, qanun layihəsi boğazdan keçid üçün İran valyutası ilə ödəniş təklif etməklə xüsusi rüsum tətbiq edəcək. Bu addım bölgədəki tranzit marşrutların təhlükəsizliyini təmin etmək və İranın iqtisadi maraqlarını qorumaq məqsədi daşıyır. (Azad İran)