İran müharibənin yeni mərhələsinin başladığını açıqladı
Dünya
Məhəmməd Baqir Qalibaf ABŞ və İran parlamentinin sədri kimi çıxış edərək ölkənin enerji infrastrukturuna qarşı həyata keçirilən hücumlara sərt münasibət bildirib və bu addımlara görə ABŞ və İsraili ittiham edib.
News24.az xəbər verir ki, Qalibaf bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, hazırda münasibətlər “gözə göz, dişə diş” prinsipi əsasında davam edir və bu vəziyyət qarşıdurmanın daha təhlükəli mərhələyə daxil olduğunu göstərir.
Qalibaf qeyd edib ki, baş verən hadisələr fonunda İran cəmiyyəti xarici təzyiqlərə qarşı birləşərək düşmən planlarının həyata keçməsinə imkan verməyib. Onun sözlərinə görə, ölkə daxilində sabitliyi pozmağa yönəlmiş çağırışlar və hakimiyyət əleyhinə təşəbbüslər nəticə verməyib.
Parlament sədrinin fikrincə, məhz bu səbəbdən qarşı tərəf daha aqressiv addımlar atmağa başlayıb.
Qalibaf enerji obyektlərinə yönələn hücumları zəifliyin göstəricisi kimi qiymətləndirib və bildirib:
“İran xalqına qarşı qəzəbli və çarəsiz düşmən öz uğursuzluqlarını ört-basdır etmək üçün infrastruktura zərbə endirir. Lakin belə addımlar onlar üçün intihara bərabərdir".