İran neftini alan və ya satan hər kəs məhkəməyə veriləcək

İran neftini alan və ya satan hər kəs məhkəməyə veriləcək Dünya

ABŞ Ədliyyə Nazirliyi sanksiyalı İran neftini alan bütün şəxslərə və şirkətlərə qarşı hüquqi tədbirlər görəcək.

News24.az xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru vəzifəsini icra edən Todd Blanş “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Ədliyyə Nazirliyi sanksiya tətbiq edilmiş İran neftini alan və ya satan hər kəsi qətiyyətlə məhkəməyə verəcək”, - deyə, Blanş vurğulayıb.