İran nümayəndə heyəti danışıqlar üçün İslamabada gedir
Dünya
İran nümayəndə heyəti bu axşam ABŞ ilə danışıqlar aparmaq məqsədi ilə Pakistanın paytaxtı İslamabada səfər edəcək.
News24.az xəbər verir ki, bununla bağlı İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm “X” sosial şəbəkə hesabında paylaşım edib.
Səfirin sözlərinə görə, görüş zamanı danışıqlar İranın təklif etdiyi 10 bəndlik plan əsasında aparılacaq.
“İsrail rejiminin müttəfiqlik şərtlərinə kölgə salmaq məqsədilə atəşkəsi dəfələrlə pozması İran ictimaiyyətində şübhələr yaratsa da, Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam ABŞ ilə ciddi danışıqlar aparmaq üçün İslamabada gəlir. Danışıqlar İranın irəli sürdüyü 10 bəndlik təklif əsasında keçiriləcək”, - deyə, səfir vurğulayıb.