İran nüvə proqramını 5 ilə qədər müddətə dondurmağa hazırdır

İran nüvə proqramını 5 ilə qədər müddətə dondurmağa hazırdır Dünya

İran ABŞ ilə İslamabad şəhərində keçirilən danışıqlar zamanı uranın zənginləşdirilməsini 5 ilə qədər müddətə dondurmağı təklif edib.

News24.az xəbər verir ki, Tehran bu təşəbbüsü fevral ayında Cenevrə danışıqları zamanı da irəli sürüb.

Həmin görüşlərdən sonra ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyata başlamaq qərarı verib.

ABŞ tərəfi isə Pakistan paytaxtında keçirilən görüşdə uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq edilməsində israr edib.

Nüvə proqramının dondurulması ilə bağlı konkret müddətlərin müzakirə olunması razılaşmanın əldə olunması şansının olduğunu göstərir.

Ağ Ev nümayəndələri isə yeni danışıqlar raundunun nəzərdən keçirildiyini, lakin hələlik konkret razılaşmanın olmadığını bildiriblər. /The New York Times/