İran Prezidentinin vəziyyəti açıqlandı
Dünya
İran prezidenti Məsud Pezeşkian İsrail və ABŞ-nin ölkəyə endirdiyi zərbələr zamanı xəsarət almayıb.
News24.az xəbər verir ki, bu barədə yerli “Mehr” agentliyi mənbəyə istinadən məlumat yayıb.
“Prezident Məsud Pezeşkian tam sağlamdır, o, xəsarət almayıb”, — deyə nəşrin adının açıqlanmasını istəməyən həmsöhbəti bildirib.
Eyni zamanda “Clash Report” resursu İsrailin Tehrana zərbə endirərkən İran prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsdə cəhd etdiyini iddia edib.