İran qırmızı xətti keçir

İran qırmızı xətti keçir Dünya

“İran rəhbərliyi ölkə ərazisini bürümüş etirazları sərt şəkildə yatırmaqla qırmızı xətti keçir”.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Görünür, onlar qırmızı xətti keçməyə başlayıblar. Onlar qəddardırlar. Onları lider adlandıra bilərsiniz, amma bilmirəm, onları lider adlandırmaq olarmı?! Düşünürəm ki, onlar zorakılıqla hakimiyyəti idarə edirlər”, — deyə Tramp bildirib və Ağ Evin bu məsələyə son dərəcə ciddi yanaşdığını vurğulayıb.