İran rəsmiləri Laricaninin ölümünü görün necə anlayıb - Foto yayıldı
Dünya
İsrailin hücumu nəticəsində Əli Laricaninin öldüyü artıq İrann tərəfindən təsdiqlənib.
News24.az xəbər verir ki, İran tərəfinin açıqlamasına görə, o, Tehranın Pərdis rayonundakı evinə endirilən zərbə zamanı oğlu, yaxın əməkdaşları və mühafizəçiləri ilə birlikdə həlak olub. Hadisə nəticəsində Laricaninin evi tamamilə dağıdılıb və dağıntılar altından görüntülər yayılıb.
Bəzi mənbələr, xüsusilə İsrail mediası, onun cəsədinin üzüyü vasitəsilə tanındığını iddia edib. Bu barədə yayılan fotoşəkillər və məlumatlar sosial mediada geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Əli Laricani İranın nüfuzlu siyasi fiqurlarından biri idi. O, 1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olub və tanınmış dini-siyasi ailəyə mənsub idi. Təhsilini Şərif Texnologiya Universitetində almış, daha sonra Qərb fəlsəfəsi üzrə doktorluq dərəcəsi əldə etmişdi. Laricani ailəsi İran siyasətində mühüm rol oynayıb. Onun qardaşları – Sadeq Laricani və Məhəmməd Cavad Laricani də ölkənin müxtəlif yüksək vəzifələrində təmsil olunublar.