İran səfirindən sensasion addım: ölkəsindən üz döndərdi, İsveçrəyə sığındı
Dünya
İranın Avstriyadakı səfiri ölkəsindən üz döndərib. Avstriyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd missiyasını tərk edərə İsveçrəyə sığınıb.
News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Nazirlik əməkdaşlarının isə bu diplomat barədə danışmaqdan yayınaraq ya məlumatsız olduqlarını, ya da İran kəşfiyyat orqanlarından qorxduqlarını əsas gətirdikləri qeyd olunur.
Qulamrza Derikvənd daha əvvəl, 2011–2014-cü illərdə İranın Çexiyadakı səfirliyində də müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Onun həmkarlarının sözlərinə görə, diplomatik təcrübəsi və karyera yolu nəzərə alınsa, Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirdiyi təqdirdə səfir rütbəsinə yüksəlmək ehtimalı yüksək idi.