İran şəhərlərində partlayış səsləri eşidildi
Dünya
İranın bir neçə şəhərində, o cümlədən Kərəc, Əhvaz və Şirazda partlayış səsləri eşidilib.
News24.az xəbər verir ki, Əlborz vilayətində, Tehranın qərbində yerləşən Kərəc şəhərində sakinlər Azimiya rayonunun üzərində üç mərminin görüldüyünü, bundan sonra isə səhər saatlarında partlayış baş verdiyini bildiriblər.
Daha bir neçə partlayış gecə saat 02:28-də Mehrşəhrdə, daha sonra isə təxminən saat 03:45-də Mehrşəhr və Məhəmmədşəhr rayonlarında qeydə alınıb.
Şahidlərin sözlərinə görə, neftlə zəngin Xuzistan vilayətinın əsas şəhəri olan Əhvazda nisbətən güclü iki partlayış səsi eşidilib.
İranın şimal-qərbində, Qərbi Azərbaycan vilayətində yerləşən Mahabad şəhərinin sakinləri təxminən saat 04:30-da təyyarə və ya qırıcı səsi eşitdiklərini bildiriblər.
Eyni zamanda Şirazda da bir neçə partlayış səsi eşidilib. /Iran International