İran Türkiyəni kamikadze PUA-sı ilə vurmaq istəyib? - Video
Dünya
Ötən gün Türkiyənin Ordu vilayətinin Ünye rayonunda sahil zolağında naməlum cisim aşkarlanıb.
News24.az xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalar nəticəsində cismin İran istehsalı kamikadze tipli pilotsuz uçuş aparatı olduğu müəyyən edilib.
Bildirilib ki, vətəndaşlar sahildə şübhəli cisim görərək dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Xəbərdarlıqdan sonra əraziyə polis, jandarm və sahil mühafizə qrupları cəlb olunub.
Hadisə yerinə əlavə ekspertlər göndərilib və faktla bağlı araşdırmalar davam etdirilir. (Türkiye Gazetesi)