İran valyutası tamamilə çökdü - Etirazlar alovlandı - Foto
Dünya
İranın milli valyutası rial tarixi çöküş yaşayır.
News24.az xəbər verir ki, uzun illərdir davam edən beynəlxalq sanksiyalar, yüksək inflyasiya və neft ixracına tətbiq olunan məhdudiyyətlər nəticəsində rialın dollar və avro qarşısında dəyəri faktiki olaraq “0,00” səviyyəsinə enib.İqtisadi böhran ölkə daxilində sosial gərginliyi daha da artırıb. Rialın sürətlə dəyər itirməsi 2025-ci il dekabrın 28-dən etibarən fasiləsiz davam edən etiraz aksiyalarını daha da alovlandırıb.
Məlumatlara görə, valyutanın rekord səviyyədə ucuzlaşması ilə paralel olaraq inflyasiya sürətlə yüksəlib, ərzaq və əsas istehlak mallarının qiymətləri kəskin artıb.