İran və Rusiya arasında qalmaqal: - Tehran etiraz edir

İran və Rusiya arasında qalmaqal: - Tehran etiraz edir Dünya

Rusiyanın İrandakı müvəqqəti işlər vəkili ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Moskvanın Birləşmiş Ərəb Əmirliklərinin Tehranın nəzarətində olan 3 ada ilə bağlı iddialarını dəstəkləyən bəyanatda bir qrup ərəb ölkəsinə qoşulması ilə bağlı etiraz bildirilib. 

News24.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Qeyd edək ki, Böyük Türbə, Kiçik Türbə və Əbu Musa adaları Fars körfəzini okeanların qalan hissəsindən ayıran Hörmüz boğazının birbaşa qərbində yerləşir. İran onları öz ərazisi hesab edir. Ötən həftə Mərakeşdə Rusiya-Ərəb əməkdaşlıq forumu keçirilib. 

Konfransın yekun bəyanatında deyilir ki, tərəflər “Böyük Türbə, Kiçik Türbə və Əbu Musa adaları məsələsinin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həlli istiqamətində təşəbbüs və səylər də daxil olmaqla, bütün sülh səylərini dəstəkləyir”.

Ayşən