İran XİN başçısı İsraili hədələdi: "Bağışlanmazdır"

İran XİN başçısı İsraili hədələdi: "Bağışlanmazdır" Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gizli səfərini sərt tənqid edib.

News24.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Əraqçi bildirib ki, İsraillə əməkdaşlıq edərək nifaq toxumu səpməyə çalışanlar məsuliyyət daşıyacaqlar.

O, sosial media paylaşımında təhlükəsizlik qüvvələrinin öncədən İran rəhbərliyini hadisə ilə bağlı məlumatlandırdığını vurğulayaraq bildirib:

"Böyük İran xalqına qarşı düşmənçilik etmək axmaq qumardır. Bunu İsraillə gizli əməkdaşlıq edərək etmək isə bağışlanmazdır.”