İran XİN rəhbəri Türkiyədə
Dünya
Bu gün İranın xarici işlər naziri Abbas Araqçı Türkiyəyə rəsmi səfərə yollanıb.
News24.az xəbər verir ki, onu hava limanında Türkiyə Xarici İşlər Nazirliyinin regional baş direktoru da daxil olmaqla, rəsmi şəxslər qarşılayıb.
Bir günlük səfər çərçivəsində Araqçının Türkiyənin xarici işlər naziri ilə ikitərəfli münasibətlər, habelə regional və beynəlxalq proseslər ətrafında məsləhətləşmələr aparacağı bildirilir.
Məlumata görə, İran XİN başçısı səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək və qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirələr aparacaq. (IRNA)