İran XİN rəhbərindən Zelenskiyə sərt CAVAB

İran XİN rəhbərindən Zelenskiyə sərt CAVAB Dünya

İranın xarici işlər naziri Abbas Əraqçı Ukrayna prezidenti Volodimir Zelenskinin İranda etirazların yatırılması ilə bağlı açıqlamasına sərt reaksiya verib.

News24.az xəbər verir ki, Əraqçı “X” hesabında paylaşım edərək, Zelenskini amerikalı və avropalı vergi ödəyicilərinin vəsaitlərini korrupsioner generalların ciblərini doldurmaq üçün xərcləməkdə ittiham edib.

O, Ukrayna prezidentinin eyni zamanda BMT Nizamnaməsini pozaraq, ABŞ-ni İrana qarşı hərbi müdaxiləyə çağırdığını iddia edib.

“Cənab Zelenski, dünya çaşqın təlxəklərdən bezib. Xaricdən asılı və muzdlu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi çox yaxşı bilirik və xaricilərdən kömək istəməyə ehtiyacımız yoxdur”, - deyə, Əraqçı açıqlayıb.