İran yeraltı anbarlardan raketləri çıxarır - Müharibə davam edəcək?

İran yeraltı anbarlardan raketləri çıxarır - Müharibə davam edəcək? Dünya

İran silahlı qüvvələrinin son günlər ABŞ ilə mümkün hərbi əməliyyatların yenidən başlaya biləcəyi ehtimalına hazırlıq məqsədilə raket ehtiyatlarını yeraltı anbarlardan çıxarma sürətini artırdığı bildirilir.

News24.az xəbər verir ki, bu barədə “NBC News” vəziyyətlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.

Məlumata əsasən, İran ABŞ ilə əldə olunan atəşkəs dövründən istifadə edərək raket və digər hərbi sursatları yeraltı anbarlardan çıxarır. Bildirilir ki, həmin anbarlardan bəzilərinin girişləri əvvəlki ABŞ hava zərbələri zamanı ya dağıdılıb, ya da bağlanıb.

Mənbələrin iddiasına görə, ABŞ tərəfi İranın pilotsuz uçuş aparatları və ballistik raket imkanlarını qısa müddətdə bərpa etməyə çalışdığını hesab edir. Məqsədin Yaxın Şərqin müxtəlif bölgələrində zərbə imkanlarını yenidən gücləndirmək olduğu qeyd olunur.

Rəsmilər bildiriblər ki, raket və sursatların çıxarılması prosesi son günlər daha da intensivləşib. Buna səbəb kimi danışıqların dalana dirənməsi fonunda müharibənin yenidən başlaya biləcəyi ehtimalının artması göstərilir.

Qeyd olunur ki, döyüşlər başlamazdan əvvəl İran xeyli sayda ballistik raket və buraxılış qurğusunu yeraltı infrastruktura yerləşdirmişdi.