İranda 250-dən çox insan qum fırtınasından zərər çəkib

İranda 250-dən çox insan qum fırtınasından zərər çəkib Dünya
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində baş vermiş qum fırtınası nəticəsində bir gündə azı 253 nəfər zərər çəkib.

News24.az​​​ xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.

“Bu gün saat 06:00-dan etibarən əyalətin tibb məntəqələrinə 253 nəfər müraciət edib. Onlardan azı 8 nəfəri mütəxəssislərin nəzarəti altında qalmalı olub”, - o deyib.

M.Mohebi, həmçinin xəbərdarlıq edib ki, meteoroloji şəraitlə əlaqədar açıq havada sərf edilən vaxtı minimuma endirmək və yolda diqqətli olmaq tövsiyə olunur.