İranda benzinin qiyməti 2 dəfə artdı
Dünya
İran hakimiyyəti güzəştlərə şamil olunmayan benzinin qiymətini iki dəfə artırıb.
News24.az xəbər verir ki, bu barədə İranın Neft Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin bir litri 10 min tümənə (100 min rial, təxminən 4-5 ABŞ senti) satılacaq.
İlk iki tarifdə isə dəyişiklik edilməyib. Onlar müvafiq olaraq 1 500 və 3 000 tümən olaraq qalıb.
Üçüncü tarif yanacaq kartındakı ilk iki tarif üzrə müəyyən edilmiş limitlər tükəndikdən sonra tətbiq olunan limitdən artıq yanacaq tarifidir.