İranda casusluqda ittiham olunanların əmlakı müsadirə edildi
Dünya
İranın Zəncan əyalətində casusluq və İsraillə əməkdaşlıq ittihamları ilə bir sıra şəxslərə məxsus əmlak müsadirə olunub.
News24.az xəbər verir ki, bu barədə İranın Baş Ədliyyə İdarəsinin rəisi Əli Fərəci Bərhəq məlumat verib.
Onun sözlərinə görə, bölgənin müxtəlif şəhərlərində ümumilikdə 52 nəfərə məxsus əmlak müsadirə edilib.
Əli Fərəci Bərhəq bildirib ki, təqsirləndirilən şəxslərə “vətənə xəyanət” ittihamı irəli sürülüb.
Müsadirə olunan əmlaklar arasında nağd pul, xarici valyuta, qızıl, eləcə də daşınar və daşınmaz əmlaklar yer alır.
Məlumata əsasən, hadisə ilə bağlı 7 nəfər saxlanılıb, bəzi şübhəlilərin isə ölkə xaricində olduğu bildirilir. /Araz News/