İranda daha 3 etirazçı edam edildi
Dünya
İranda yanvar etirazları ilə əlaqədar daha üç məhbus edam edilib.
News24.az xəbər verir ki, edamlar Məşhəd şəhərində icra olunub.
Məlumata görə, İbrahim Dövlətabadi, Mehdi Rəsuli və Məhəmmədrza Miri təhlükəsizlik qüvvələrinin üzvü kimi təqdim edilən Həmidrza Yusifnejadın qətlində iştirakda ittiham olunublar. Onların eyni zamanda İsrailin “Mossad” kəşfiyyatı ilə əməkdaşlıqda günahlandırıldığı bildirilib.
Digər tərəfdən, vəkil Mərziyə Mohebbi qeyd edib ki, edam edilən şəxslər 21–25 yaş aralığında fəhlə olub və hökm ailələrinə əvvəlcədən məlumat verilmədən icra edilib.
Onun sözlərinə görə, meyitlər bazar günü saat 10:00 radələrində qəbiristanlıqda ailələrinə təhvil verilib.
Qeyd olunur ki, İbrahim Dövlətabadi hakimiyyət tərəfindən Məşhədin Təbərsi məhəlləsində baş verən etirazların əsas təşkilatçılarından biri kimi təqdim olunub.