İranda daha bir məktəb vuruldu
Dünya
İranın Xomeyn şəhərinin mərkəzindəki yerləşən doktor Hafiz Xomeyni adına məktəbə ABŞ tərəfindən raket zərbəsi endirilib.
News24.az xəbər verir ki, məktəb ətrafındakı bir neçə yaşayış evi də zərər görüb.
Ölən və ya yaralananlar barədə məlumat verilməyib.
Xatırladaq ki, İrana qarşı hərbi kampaniyanın ilk günü ABŞ ölkənin cənubunda yerləşən Minab şəhərində qızlar üçün ibtidai məktəbə raket zərbəsi endirib.
Həmin hücum nəticəsində 170-dən çox insan həlak olub və onların əksəriyyəti məktəbli qızlar olub.