İranda dəhşətli istilərə görə tətil elan edildi

İranda dəhşətli istilərə görə tətil elan edildi Dünya
İranda yüksək temperatur səsbəbindən müəssisələrdə tətil elan edilib.

News24.az xəbər verir ki, sözügedən ölkədə 2-3 avqust tarixlərində bütün müəssisələr məzuniyyətə buraxılacaq. 

Bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi açıqlama verib.

Ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə havanın temperaturunun 51 dərəcəyə çatacağı qeyd edilib. Paytaxt Tehranda isə 40 dərəcə isti gözlənilir.