İranda etirazçılar gülləbaran edilir – Ölü sayı 2 minə çatdı
Dünya
İranda hökumət əleyhinə davam edən etirazlar zamanı ölənlərin sayının təxminən 2 min nəfərə çatdığı bildirilib.
News24.az xəbər verir ki, bu barədə ölkə rəsmilərinə istinadən yerli və beynəlxalq media məlumat yayıb.
Məlumata görə, ölənlər arasında etirazçılarla yanaşı təhlükəsizlik qüvvələrinin üzvləri də var. Etirazlar əsasən iqtisadi problemlər, inflyasiya və həyat şəraitinin ağırlaşması fonunda başlayıb və ölkənin bir çox bölgəsini əhatə edib.
Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, bəzi bölgələrdə isə internetə çıxış məhdudlaşdırılıb.
Beynəlxalq təşkilatlar İranda zorakılığın dayandırılmasına və insan haqlarına hörmət olunmasına çağırış ediblər.