İranda etirazçılar iki şəhəri nəzarətə götürüb?

İranda etirazçılar iki şəhəri nəzarətə götürüb? Dünya

İranda etirazçıların iqtisadi və siyasi narazılıq fonunda kütləvi aksiyaları davam etdir.

News24.az xəbər verir ki, hazırda etirazçıların İlam vilayətindəki Abdanan və Malekşahi şəhərlərini nəzarətə götürdüyü iddia edilib.

İran Milli Müqavimət Şurasının nümayəndələri bununla bağlı məlumat yayıb.

“Bu gün İranın qərbində yerləşən iki şəhərdə mühüm hadisə baş verib. Onlar faktiki olaraq etirazçıların nəzarətinə keçib”, - deyə məlumatda qeyd edilib.

İranın dövlət KİV-ləri isə etirazçılar tərəfindən şəhərlərin ələ keçirilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, dekabr ayının sonlarında İranda milli valyutanın dəyərdən düşməsi fonunda etirazlar başlayıb.

Etirazlar ölkənin 25 vilayətində 60-dan çox şəhəri əhatə edib. Ən iri aksiyalar Tehranda keçirilir, ən şiddətli toqquşmalar isə qərb və cənub-qərb bölgələrində (Malekşahi, Kermanşah, Lordegan şəhərləri) qeydə alınıb.

Eyni zamanda, İranın ali rəhbərinin müşaviri Əli Şamxani bildirib ki, İrana qarşı istənilən təcavüz dərhal sərt cavabla qarşılanacaq. (Fox News)